4 İyul 2018 12:04
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev hava limanında türk vətəndaşı olan narkobaron həbs edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı hava limanında xüsusi əməliyyat keçirilib.

Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd edilir ki, Braziliya, Paraqvay və Ekvadordan Ukraynaya kokain gətirən iki nəfər cinayət başında həbs edilib. Saxlanılanların üzərindən 30 milyon qrivna (1,4 milyon dollar) dəyərində narkotik çıxıb.

Sosial şəbəkələr vasitəsilə kokain satışı həyata keçirdiyi iddiası ilə 28 yaşlı Ukrayna vətəndaşı da əməliyyat zamanı həbs olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər