İranda son 3 gündə Güney Azərbaycandan olan 50 milli fəal həbs edilib.
Teleqraf.com xəbər verir ki, milli fəallar Kəlheybər şəhəri yaxınlığında, “Babək qalası” adlanan ərazidə toplantı keçirməyə hazırlaşarkən, İranın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs olunublar.
Bundan əvvəl təhlükəsizlik xidməti Güney Azərbaycan Milli Hərəkatının 4 üzvünü – Murtaza Pərvin, Höccət Fəkri, Əli Ruhbeş və Məhəmməd Azadı saxlayıb. 12 nəfər isə “Babək qalası”na gedərkən, meşəlik ərazidə saxlanılaraq naməlum istiqamətə aparılıb.
Milli fəalların harada saxlanıldığı məlum deyil. Bu barədə ailələri də məlumatsızdır.