Mayın 12-də İraqda keçirilmiş parlament seçkilərində Kərkük şəhəri üçün nəticələrin elektron müdaxilələrlə dəyişdirilməsi etiraz doğurmuşdu. Türkmənlərin iddiasından sonra bülletenlərin əllə sayılıb və nəticələrin kürd siyasi partiyalar tərəfindən saxtalaşdırıldığı təsdiq edilib.
Teleqraf.com xəbər verir ki, nəticələr Kürdüstan Vətənpərvərlər İttifaqının xüsusi təşəbbüsü ilə saxtalaşdırılıb.
Məlum olub ki, Kərkükdə seçkinin nəticələri kürd siyasi partiyaların xeyrinə saxtalaşdırılıb. Buna qədər isə kürdlər iddia edirdilər ki, bölgədən 1086 səs alıb. Təkrar yoxlamalardan sonra bu rəqəm 82-yə düşüb.
Beləliklə, kürd siyasi partiyaların hiylə ilə “məğlub” etdiyi türkmən namizədlərin qanuni qələbəsi rəsmiləşib.
Qeyd edək ki, araşdırma İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salehinin İraqın Baş naziri Fuad Məsumla görüşdən sonra başlayıb.
Türkmənlərin lideri nəticələrin obyektiv araşdırılmayacağı halda, Türkiyəyə müraciət edəcəklərini bildirmişdi.