6 İyul 2018 18:16
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk kosmonavt qadın, Rusiya Dövlət Dumasının deputatı Valentina Tereşkova Qazaxıstan əhalisini Paytaxt Günü münasibətilə təbrik edib və paytaxtı ölkə Prezidenti Nursultan Nazarbayevin adı ilə adlandırmağı təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

“Mən bütün qəlbimlə əsrarəngiz Astana şəhərinin əhalisini və bütün qazaxıstanlıları möhtəşəm tarix – şəhərin 20 yaşı münasibətilə təbrik edirəm. Mən fikirləşirəm ki, şəhəri Astana deyil, sizin prezidentin adı ilə adlandırmaq lazımdır”, – deyə Dövlət Dumasının nümayəndə heyətinin üzvü kimi Qazaxıstan paytaxtında olan Tereşkova “Sputnik”in əməkdaşına deyib.

Qeyd edək ki, analoji təkliflə 2016-cı ildə Qazaxıstan parlamentinin deputatları da çıxış edib, ancaq N.Nazarbayev bu təklifi qəbul etməyib. 2017-ci ildə deputatlar yenidən oxşar təkliflə çıxış ediblər. İdeya yenə də rədd olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər