7 İyul 2018 23:59
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQET) Suriyanın Bəşər Əsəd rejiminin Şərqi Qutanın Duma rayonunda mülki insanlara qarşı kimyəvi silah tətbiq etdiyini açıqlayıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, qurum bununla bağlı aparılan araşdırmanın yekunlaşdığını bildirib.

Təşkilatın hesabatına görə, 40 nəfərin həlak olmasına yola açan hücumda silahsız insanlara qarşı xlor qazından istifadə edilib.

Qeyd edək ki, bu il aprelin 7-də bölgədə baş vermiş kütləvi qırğında kimyəvi silahdan istifadə olunduğu iddia edilmişdi.

Dumaya nəzarət edən Bəşər Əsəd ordusu və Rusiya bu ittihamları rədd etdiyi halda, ABŞ, İngiltərə və Fransa Silahlı Qüvvələri birgə əməliyyat təşkil edərək, Əsəd rejiminin kimyəvi silah cəbbəxanalarını vurmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər