15 Avqust 2014 23:45
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən 250 zirehli texnika ilə Suriyaya çəkilən İŞİD qüvvələri irəliləməkdə davam edir.

Axar.az xəbər verir ki, Hələbə doğru irəliləyən terrorçular 13 kəndi ələ keçirib.

Qeyd edək ki, terror təşkilatının üzvləri ələ keçirdiyi kəndlərdə qorxu yaratmaq üçün onlarla insanı qətlə yetirib. Həlak olanların sayı barədə hələlik dəqiq məlumat yoxdur.

Onu da bildirək ki, verilən məlumatlara görə, terrorçuların işğal etdiyi ərazidən Suriyanın əsas qaz boru xətləri keçir.


Müəllif: