12 İyul 2018 14:40
2 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə türkiyəli din alimi Adnan Oktarın qrupundan ayrılan Ceylan Özgün sensasion iddialarla gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, “keçmiş kedicik” adlandırılan Ceylan ayın 11-də həbs edilmiş Adnan Oktarla bağlı bir sıra sirləri açıb.

O, 2006-cı ildə bu qrupa daxil olduğunu və 2017-ci ilədək burada qaldığını bildirib. O, biri-birlərinə oxşayan “kediciklərin” sirlərini də açıb:

“Qadınlar əslində biri-birlərinə oxşamırlar. Siz sadəcə olaraq, hər dəfə 80 qadın arasında seçilmiş 6-7 nəfəri görürdünüz. Onlar biri-birlərinə oxşayırlar. Botokslu, full makyajlı olmaqları da sırf Adnan Oktarın zövqü üçün idi. Fotolarda isə bu görüntünü fotoşopla əldə edirdilər”.

Ceylan Özgün Adnan Oktarın qadınları kölə kimi qəbul etdiyini iddia edib: “Qadınları kölə kimi qəbul edirdi. Həmişə deyirdi ki, mənə xidmət etməklə islama xidmət edirsiniz. Lakin qadınlarla cinsi əlaqədə olmurdu. Fərqli metodlardan istifadə edərək, qeyri-ənənəvi formada cinsi əlaqə yaşayırdı. Yaşından asılı olmayaraq, bütün qadınlarla eyni formada əlaqədə olurdu. Bu haqda geniş danışmaq istəmirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər