17 İyul 2018 13:21
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında baş tutan görüşün xərclərini Finlandiya ödəyib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Yuxa Sipilya bildirib.

Hökumət başçısı dəqiq məbləği açıqlamayıb. O, danışıqları işıqlandırmaq üçün paytaxta min 500 jurnalist gəldiyini və bunun dünyaya şəhəri göstərmək üçün əla fürsət olduğunu vurğulayıb.

Ötən gün Putin və Tramp arasında tamformatlı görüş keçirilib. Liderlərin söhbəti təxminən dörd saat davam edib.

Sammitdən sonra Putin bəyan edib ki, tərəflər çoxsaylı problemləri həll etməyib, amma ilk mühüm addımı atıblar. Tramp isə Rusiya və ABŞ arasında münasibətlərin danışıqlardan sonra dəyişməyə başladığını söyləyib.


Müəllif: Ruslan

Oxşar xəbərlər