17 İyul 2018 22:09
2 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin nümayəndəsi Tina Kadanou Türkiyə və ölkəsi arasındakı “S-400” gərginliyi ilə bağlı açıqlama verib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Kadanou bu barədə İngiltərədə keçirilmiş hərbi sərgidə Türkiyə yetkililərinə təklif verildiyini bildirib.

Amerikalı diplomat Dövlət Departamentinin Türkiyəni Rusiyadan alacağı “S-400” raket sistemlərinin əvəzinə ABŞ-dan “Patriot” raketləri almaq üçün razı salmağa çalışdığını açıqlayıb. Lakin departament rəsmisi bununla bağlı tərəflər arasında görüşün keçirilməsi haqda məlumat verməyib:

“Türkiyənin Rusiyadan “S-400” sistemləri alması bizi narahat edir. Hesab edirik ki, Türkiyə və ABŞ arasındakı strateji münasibətləri “Patriot”-lar vasitəsilə qoruya bilərik”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə əlaqədar son açıqlamasında bununla bağlı qərarın dəyişməyəcəyini, Rusiyadan “S-400” raket komplekslərinin alınacağını demişdi: “Biz “S-400” anlaşmasını imzaladıq və bu dəftəri bağladıq”.

Onu da əlavə edək ki, 4 il əvvəl ABŞ Türkiyəyə “Patriot” sistemlərini satmaqdan imtina etmişdi. Dəfələrlə rəsmi Ankaranın istəyini geri çevirən Vaşinqton məsələnin birdəfəlik bağladığını elan etmişdiş


Müəllif: Mənsur Rəğbətoğlu