20 İyul 2018 12:57
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Giorgi Margvelaşvili rusiyalı həmkarı Vladimir Putinin Ukrayna və Gürcüstanın NATO ilə iş birliyində olmasına mənfi reaksiya verəcəkləri barədə açıqlamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin rəsmi internet saytı məlumat yayıb.

“NATO-Gürcüstan ittifaqı regionda təhlükəsizliyin təmin olunmasına xidmət edir və məhz Rusiyanın sərhədlərində sabitliyə töhfə verir”.

Tiflis tərəfindən iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün dəfələrlə konstruktiv addım atıldığını və problemlərin həll edilməsi üçün Gürcüstanın sülh siyasəti seçdiyini vurğulayan Margvelaşvili, qonşu dövlətin ərazi bütövlüyü və suverenliyi pozaraq, yenidən etibar qazanılmasının mümkün olmayacağını bildirib.

O, Rusiyanı iki ölkə arasında 2008-ci ildəki Cənubi Osetiya müharibəsindən sonra imzalanan atəşkəs müqaviləsinə riayət etməyə və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırıb.

Margvelaşvili yazısında həmçinin, təktərəfli müstəqilliyini elan edən separatçı Abxaziya və Cənubi Osetiyadan sürgün edilən Gürcüstan vətəndaşlarına öz evlərinə qayıtması üçün imkan yaradılmasının lazım olduğunu qeyd edib.

Xatırladaq ki, Helsinki görüşündən sonra Putin verdiyi müsahibədə “NATO-nun sərhədlərimizə qədər irəliləməsi bir təhdid yaradır və Rusiya Ukrayna ilə Gürcüstanın NATO-ya daxil edilməsinə son dərəcə mənfi reaksiya verəcək” ifadələrini işlədib.


Müəllif: Ruslan

Oxşar xəbərlər