20 İyul 2018 14:46
1 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa Ukraynanın işğal edilmiş Donbas bölgəsində referendum keçirməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, bu iddia “Bloomberg” agentliyinin yayımladığı analitik materialda yer alıb.

Agentlik Putinin bununla bağlı məlumatı Rusiya Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə açıqladığını bildirib. Helsinkidə (Finlandiya) Trampla görüşü barədə məlumat verən Putin ABŞ prezidentinə beynəlxalq ictimaiyyətin dəstəyi ilə rus separartçılar tərəfindən işğal edilmiş Donbasda referendum keçirilməsini təklif edib.

Məlumata görə, Putin və Tramp görüşdə bununla bağlı əldə edilmiş razılaşmanın görüşdən sonra keçirilmiş mətbuat konfransında açıqlanmaması barədə anlaşıblar.

Kremlin mətbuat katibi Dmitri Peskov bununla bağlı ona ünvanlanmış suala cavab verməkdən imtina edib. Lakin o, görüşdə Donbasla bağlı bir sıra məsələlərin müzakirə edildiyini istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər