20 İyul 2018 22:25
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq təhlükəsizlik qüvvələri İraq-Suriya sərhəddindən çəkiləndən sonra PKK terror təşkilatının boşluqdan istifadə edərək Mosulun Sincar mahalında yerləşdiyi iddia olunur.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Mosul vilayətinin Ərəb Tayfalarının sözçüsü Məzahim Əhməd əl-Huveyt İraq ordusu sərhədi tərk edəndən dərhal sonra PKK üçün yenidən Sincarda yerləşmə imkanı yarandığını bildirib.

O Mosul camaatının PKK-nın bölgədə yerləşməsindən narahatlıq keçirdiyini, terrorçuların soyğunçuluqla məşğul olacağından ehtiyatlandıqlarını deyib.

Mosul vilayətinin Məclis üzvü Seydo Hüseyn Tatani də PKK-nın Mosulda yerləşdiyi faktını təsdiqləyərək Sincar və sərhəd bölgələrində sığınacaqların sayını artırdıqlarını söyləyib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər