25 İyul 2018 12:15
3 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərini İran çempionatında təmsil edən “Traktor” futbol klubu 18-ci mövsümün başlamasına bir neçə gün qalmış İran Futbol Federasiyası İnzibati Komitəsi tərəfindən cəzalandırılıb. Qərara əsasən, “Traktor” tərəfdarları yeni mövsümdə komandanın ev sahibi kimi keçirəcəyi birinci yarışı stadiondan izləyə bilməyəcəklər.

Teleqraf.com xəbər verir ki, İnzibati Komitə qadağanı 7 ay əvvəl “Traktor”la “Saypa” arasında görüşdə baş vermiş insidentlə izah edib.

İnzibati komitənin iddiasına görə, Təbrizin Səhənd stadionunda keçirilən görüşdə “Traktor” tərəfdarları rəqib komandanın baş məşqçisi və oyunçularına qarşı təhqiramiz şüarlar səsləndiriblər.

“Traktur” klubu və tərəfdarları vaxtaşırı İran Futbol Federasiyası tərəfindən müxtəlif bəhanələrlə cəzalandırılır. Halbuki Tehran və İsfahan kimi şəhərləri təmsil klubların oyunlarında dəfələrlə Güney Azərbaycan türkləri dəfələrlə təhqir edilib. Lakin İran Futbol Federasiyası buna səssiz qalıb.

Qeyd edək ki, Təbriz təmsilçisi avqustun 3-də evdə “Nəssaci”ni qəbul edəcək. Bu, mövsümdə “Traktor”un ilk oyunu olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər