Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında səfəri zamanı yerli hökumətə xəbərdarlıq edəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan FETÖ-nün fəaliyyətinə maneə olacaqlarını söyləyib:
“FETÖ-nün ən fəal olduğu ölkələrdən biri təəssüfki Cənubi Afrikadır. Bunu onlarla müzakirə edəcəm. Bu terror təşkilatı Cənubi Afrikanın başına bəla ola bilər. FETÖ-nün bu torpaqları kirlətməsinə, Cənubi afrikalı dostlarımızı istifadə etməsinə icazə verməyəcəyik”.