28 İyul 2018 12:45
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” nəşri dünyanın ən zəngin qadınlarının siyahısını hazırlayıb.

Teleqraf.com xəbər verir ki, 20 yaşlı amerikalı model Kayli Cenner “Forbes”in siyahısına daxil olan ən gənc qadındır. O, siyahıda 27-ci pillədə qərarlaşıb.

900 milyon dollar təmiz dəyəri olan “Kylie Cosmetics” makiyaj markasını quran Cenner 2 il ərzində 630 milyon dollar dəyərində makiyaj məhsulu satıb.

Kayli həm də nəşrin avqust sayının üz siması olub.

Siyahıya ABC Supply şirkətinin qurucularından olan Diana Hendricks 4,9 milyard dollarla rəhbərlik edir. Onun ardı ilə Liitle Ceasars-ın yaradıcısı Marian Ilitc (4,3 mlrd.), Epic Systems-in CEO-su Cudit Faulkner (3,5 mlrd.) gəlir.

Müğənni Madonna 590 milyonla 36-cı, Beyons 355 milyonla 53-cü və Teylor Svift isə 320 milyon dollarla 60-cı sirada qərarlaşıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər