İsrail əsgərləri Qəzzada baş verən etirazlara qarşı qeyri-adekvat güc tətbiq etməsinin mətbuata sızmaması üçün jurnalistlərə qarşı mərmi və qaz bombalarından istifadə edir.
Teleqraf.com xəbər verir ki, fələstinli jurnalistlər cümə günü baş verən mitinqlər zaman media nümayəndəsi olduqlarını göstərən gödəkcə geymələrinə baxmayaraq, İsrail əsgərlərinin hücumuna məruz qalıb.
Jurnalistlər hesab edirlər ki, İsrailin qəzetçiləri hədəfə alması onların gözünü qorxutmaq və ordunun cinayətlərinin mətbuata çıxmasının qarşısını almağa hesablanıb.