31 İyul 2018 13:50
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya bir və ya iki müəssisədə nüvə başlığı daşıyan qitələrarası ballistik raket əldə etmək üçün sınaqları davam etdirir.

Teleqraf.com xəbər verir ki, bunu “Vaşinqton Post” qəzeti ABŞ kəşfiyyat mənbələrinə istinadla yazıb.

Qəzet qeyd edib ki, son həftələr səmadan çəkilən görüntü və əldə edilən yeni kəşfiyyat məlumatları Pxenyan yaxınlığındakı Sanumdonq kəndində yeni sınaq müəssisələrinin fəaliyyətdə olduğunu deməyə əsas verir.

Qəzet ona məlumat verən kəşfiyyat mənbələrinin dosyelərini gizli saxlayaraq konkret ad çəkməyib:

“Yeni faktlar Şimali Koreyada nüvə silahı və raket sınaqları barədə fəaliyyətin davam etdiyinin göstəricisidir. Ələ keçirilən kəşfiyyat məlumatları Pxenyanın nüvə gücünü artırdığı anlamını vermir, amma ABŞ Prezidenti Trampla Şimali Koreya lideri Kim Çin arasında görüşə rəğmən nüvə proqramının davam etdiyinə sübutdur”.

Qəzet qeyd edir ki, bilgi verən kəşfiyyatçıların fikrincə, Şimali Koreya ABŞ-a nüvə başlıq sayını az göstərərək Tramp administrasiyasını aldatmağa çalışır.

Beləliklə, Pxenyan hökuməti 20-yə yaxın nüvə başlığını sıradan çıxararaq nüvə silahına dair açıqlama verməyi planlayır, lakin onlarla nüvə silahı da beynəlxalq müşahidəçilərdən gizləməyi hədəfləyir.


Müəllif: Cavad

Oxşar xəbərlər