31 İyul 2018 22:15
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda baş verən hadisələr siyasi sələflərini təqib etməyəcəyini bildirən yeni ölkə rəhbərliyinin bəyanatları ilə ziddiyyət təşkil edir.

Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrov jurnalistlərə bildirib.

“Rusiya Ermənistanın müttəfiqi kimi bu ölkənin sabitliyində maraqlıdır. Həmçinin, Ermənistanın MDB məkanında iştirak etdiyi təşkilatların normal işi nöqteyi-nəzərindən bu ölkədə baş verənlər bizi narahat edir. Son günlər ərzində bir neçə dəfə erməni rəhbərliyinə narahatlığımızı çatdırmışıq. Hesab edirik ki, vəziyyət konstruktiv yol üzrə gedəcək”, - Lavrov deyib.

Onun sözlərinə görə, bu ilin mayında Ermənistanda siyasi böhran zamanı Moskvada böyük məmnunluqla qeyd edirdilər ki, böhranın həlli bütün aparıcı partiyaların iştirakıyla güzəşt əsasında tapıldı.

“Biz ümid edirdik ki, bütün siyasi güclər, hər şeydən əvvəl Ermənistanın yeni rəhbərliyi milli razılığı möhkəmləndirəcək. Amma son günlərin hadisələri belə pozitiv əhval-ruhiyyəni açıq-aydın pozur”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı yekunlaşdırıb.

Qeyd edək ki, Ermənistanın xüsusi istintaq xidməti 26 iyulda 1 mart 2008-ci il etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində ölkənin sabiq prezidenti Robert Koçaryana ittiham təqdim edib. Bir gün sonra onun barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçilib. Koçaryanın üçün ittihamları saxta və siyasi hesab edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər