Güney Azərbaycanda İranın ümumtəhsil müəssisələrində qeyri-fars dillərin qadağan edilməsinə olan etirazlar davam edir.
Teleqraf.com xəbər verir ki, İranın təhsil nazirinin məlum açıqlamasında bu dəfə etiraz Güneydən olan milli fəal Xədicə Heybəridən gəlib.
“Turan xanım” adıyla tanınan fəal Azərbaycan-türk dilinin İran coğrafiyasında yaşayan 40 milyon Azərbaycan türkünün “qırmızı xətti” olduğunu bildirib:
“Türk dili 40 milyon Azərbaycan türkünün “qırmızı xətti”dir. Bu dil onun milli kimliyidir. Bizə “separatçı” və “pantürkist” deyirlər. Lakin biz nə separatçı, nə də pantürkistik. Biz sadəcə milli kimliyimizin tanınmasını tələb edirik. Biz övladlarımıza öz ana dillərində təhsil almalarına icazənin verilməsini istəyirik, tələb edirik.
Mən təhsil nazirinin faşistcəsinə səsləndirdiyi fikirləri qınayıram”.
Qeyd edək ki, Təhsil naziri Məhəmməd Bəthayi qeyri-fars dillərin İran üçün təhlükə olduğunu iddia edərək, məktəblərdə tədrisinin qadağan edildiyini açıqlamışdı.