4 Avqust 2018 10:50
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Afrika Respublikasında həlak olan 3 rusiyalı jurnalistin meyiti hazırda Parisdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalı məlumat yayıb.

Rusiyanın bu Afrika ölkəsindəki səfirliyindən bildiriblər ki, meyidlər “Air France” aviakompaniyasına məxsus təyyarənin bortunda Banqi şəhərindən Moskvaya aparılmalıdır. Parisdən isə jurnalistlərin meyiti başqa bir təyyarə ilə Moskvaya aparılacaq.

Məlumata görə, Moskvaya çatdırılma avqustun 5-də, gecə saatlarında baş verəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər