İsrail hərbçiləri bu həftə ərzində artıq ikinci dəfə Aralıq dənizi üzərindən Qəzza bölgəsinin blokadasını yarmaq istəyən Avropa gəmisini saxlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, “Azadlıq” adlanan gəmi İsveç bayrağı altında üzürmüş.
Bundan öncəki gəmi isə Norveçə məxsus olan “Qayıdış” adlanan gəmi olub. İsrail Hərbi Dəniz Qüvvələrinin gəmiləri hər iki gəmini yedəyinə alaraq Aşdod limanındakı bazaya aparıb.
Məlumata görə, İsveç bayrağı altında üzən gəminin göyərtəsində 12 nəfər və tibbi ləvazimatlar olub.