7 Avqust 2018 13:51
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyada baş verən 7 bal gücündə zəlzələ məşhur futbolçu Devid Bekhemin və ailəsinin istirahətini yarımçıq qoyub.

Teleqraf.com “The Sun”a istinadla xəbər verir ki, ailəsi ilə birgə Bali adasına yollanan ingiltərəli futbolçu zəlzələyə görə adanı tərk etməli olub. Məlumata görə, İndoneziyadakı zəlzələni Balidə hiss edən Bekhemlər əşyalarını götürüb dərhal qaldıqları oteldən çıxıblar.


Müəllif: Kəmalə

Oxşar xəbərlər