Rusiyanın xarici işlər naziri avqustun 13-14-də Ankaraya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfər zamanı S.Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək və Türkiyənin səfirlər və daimi nümayəndələrinin iclasında iştirak edəcək.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, səfər türkiyəli nazirin dəvəti əsasında baş tutacaq.
Görüş zamanı müzakirə olunacaq məsələlər açıqlanmayıb.