ABŞ-ın Türkiyədən idxal etdiyi polada qoyduğu yeni rüsumlar avqustun 13-dən qüvvəyə minəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Ev açıqlama yayıb.
Açıqlamanı prezident Donald Tramp imzalayıb: "Polad idxalını azaltmaq və yerli məhsuldarlığı artırmaq üçün avqustun 13-dən başlayaraq Türkiyədən idxal olunan polada tətbiq edilən gömrük tariflərini 50 faizə çatdırmağı zəruri və uyğun saydım".
Ticarət Nazirliyi də Türkiyədən idxal olunan polada gömrük rüsumlarının 25 faizdən 50 faizə qaldırıldığını qeyd edib.