13 Avqust 2018 07:56
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir məhkəməsi Müsəlman Qardaşları Təşkilatı (İhvan) Siyasi Şurasının rəhbəri Məhəmməd Bədii, Azadlıq və Ədalət Partiyasının baş katibi Məhəmməd əl-Biltacinin də aralarında olduğu 5 siyasi haqqında ikinci dəfə ömürlük həbs cəzası hökmü çıxarıb.

Teleqraf.com xəbər verir ki, Qahirə Məhkəməsi "Bahru'l Azam olayları" kimi tanınan cinayət işində adları keçən siyasətçilərin azadlıqdan ömürlük məhrum edilməsinə dair hökm çıxarıb.

Məhkəmə eyni zamanda sabiq nazir Basim Avdenin haqqında 15, digər 3 nəfərin barəsində 10 il həbs cəzası hökmü çıxarıb.

Misir Prokurorluğu təqsirləndirilən şəxsləri "16 iyun 2013-cü ildə Gizadakı El-Bahru'l Azam küçəsində baş verən etirazlarda insanları şiddətə təhrik etmə" maddəsi üzrə ittiham edib.

Misir qanunlarına görə, ömürlük azadlıqdan məhrumetmənin müddəti 25 ildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər