17 Avqust 2018 00:39
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Donald Trampın “Türkiyə yaxşı bir dost olmadığını sübut etdi” sözlərinə cavab verib.

Türkiyənin xarici siyasət idarəsinin başçısı ABŞ-ın gerçək dostun kim olduğunu görə bilmədiyini bildirib.

“Bizim səhv bir davranışımız olmadı. Biz ABŞ-a hücum edən terrorçuları dəstəkləmədik. Gercək dostluq terror təşkilatlarına minlərlə TIR silah verməkdir, yoxsa davam edən məhkəmə prosesi? Əgər dostcasına yanaşarlarsa, bu gərginliyə də ehtiyac yoxdur. ABŞ bu işlərin kovboy filmləri olmadığını görməlidir”, - Çavuşoğlu vurğulayıb.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər