Bu gün İzmir Ağır Cinayətlər Məhkəməsində ABŞ vətəndaşı olan rahib Anryu Bransonun ev dustaqlığından azad edilməsi və ölkədən çıxışına qoyulan qadağanın götürülməsinə dair proses keçirilib.
Teleqraf.com xəbər verir ki, məhkəmə iddianı rədd edib.
Qeyd edək ki, rahib Branson FETÖ və PKK ilə əlaqədə və casusluqda ittiham olunur. Bir müddət əvvəl məhkəmə rahibin xəstəliyi səbəbindən barəsindəki həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
Hazırda ABŞ və Türkiyə arasında münasibətlərin korlanmasının bir səbəbi də rahib Bransonun azad edilməməsidir.
ABŞ rahibin dərhal azad edilməsi və Amerikaya göndərilməsini tələb edir.