Çində “Rumbiya” tropik qasırğası nəticəsində azı 7 nəfər ölüb, 18 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, ilkin hesablamalara görə, təbii fəlakət nəticəsində təxminən 69 min hektar əkin sahəsinə, 1800-dən çox evə və digər obyektlərə, infrastruktura ziyan dəyib.
Rayon rəhbərliyi təbii fəlakətin nəticələrini aradan qaldırmaq və zərərçəkənlərə yardım etmək üçün tədbirlər görür.