20 Avqust 2018 08:50
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vahid dövlətin yaradılması yolu ilə Fələstin-İsrail münaqişəsinin həlli ona gətirib çıxara bilər ki, bir neçə il sonra İsraildə baş naziri Məhəmməd çağıracaqlar”.

Publika.az xəbər verir ki, mənbələrə istinadən “Axios” portalının yazdığına görə, bu haqda ABŞ prezidenti Donald Tramp iyunda İordaniya Kralı II Abdullahla görüşdə zarafatla bildirib.

Portal yazır ki, avqustun 2-də Fransanın xarici işlər naziri Jan-İv Le Drian İordaniyaya baş çəkib. O,II Abdullahla görüşdə Trampla kralın görüşünü müzakirə edib.

Kralın sözlərinə görə, o Trampa bildirib ki, gənc fələstinlilər israillilərlə bir dövlətdə yaşamağı və bərabər hüquqlara malik olmağı üstün tutardılar.

“Nəticə bu olacaq ki, İsrail öz yəhudi xarakterini itirəcək “, - mənbələt kralın sözlərini sitat gətirirlər.

“Sizin danışdığınız o anlama gəlir ki, vahid dövlət ssenarisi halında İsraildə bir neçə il sonra baş naziri Məhəmməd çağıracaqlar”, - Tramp istehzalı cavab verib.

Portalın yazdığına görə, görüşün gedişatında Tramp həmçinin bildirib ki, Yaxın Şərqdə sülhə sadiq qalır. O qeyd edib ki, əgər onun administrasiyası İsrail və Fələstin arasında sazişə nail olmağı bacarmasa, onda buna ABŞ administrasiyalarından heç biri müvəffəq olmayacaq.

Amerikalı məmurlar dəfələrlə bildiriblərki, sülh planının üzərində iş başa çatmaq üzrədir. Amma onun detallarını indiyə kimi açıqlamırlar.

Lakin mətbuatdakı iddialara görə, Donald Tramp administrasiyasının hazırladığı “Əsrin müqaviləsi” planına işğal altındakı Şərqi Qüdsün İsrailə verilməsi və Qərb Şeriada qeyri-qanuni məskunlaşdırılan yəhudi yaşayış məntəqələrinin saxlanılması kimi şərtlər daxildir. 5,9 milyondan çox fələstinli qaçqının torpaqlarına dönməsinə icazə verilib-verilməyəcəyi barədə müddəanın isə planda yer almadığı bildirilir. İddiaya görə, plan qəbul olunsa belə, fələstinli qaçqınların torpaqlarına qayıtmasına icazə verilməyəcək.

Xatırladaq ötən ay İsrail parlamenti (Knesset) İsrail dövlətinin milli xarakteri haqqında qanunu qəbul edib. Bu, İsrailin yəhudi xalqının milli dövləti olduğu statusunu göstərən ölkənin tarixində ilk qanunvericilik aktıdır. Qanuna əsasən, İsrail yəhudi xalqının öz müqəddaratını təyin etmə, dini və mədəniyyət hüquqları olan milli dövlətidir.

Qanun layihəsində göstərilib ki, vahid Qüds İsrailin paytaxtıdır.

Bundan başqa, yeni qanuna əsasən, ivrit dili yeganə dövlət dili elan olunub, ərəb dilinə isə xüsusi status verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər