20 Avqust 2018 23:00
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hüquq mühafizə orqanları tərəfindən ABŞ-ın Ankaradakı səfirliyini atəşə tutmaqda təqsirli bilinən ümumilikdə iki nəfəri saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

Bildirilir ki, Əhməd Çelikten və Osman Gündeş maşında saxlanılıb, onların üzərindən tapança tapılıb. Artıq onların ifadəsi alınıb.

Qeyd edək ki, dünən gecə naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin binasını atəşə tutub. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər