21 Avqust 2018 20:06
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyanın ölkədəki yüz milyonlarla dollar məbləğində aktivlərini dondurub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini Siqal Mandelker deyib.

Qeyd olunur ki, Vaşinqton sanskiyalar siyahısına iki Rusiya vətəndaşını və bir şirkəti əlavə edib.

Bundan başqa, Şimali Koreya ilə bağlı sanksiyalar siyahısına Rusiyanın daha iki şirkəti və altı gəmisi daxil edilib.

S.Mandelker bildirib ki, rəsmi Moskva “davranışlarını dəyişdirməyənədək” ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiqini davam etdirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər