22 Avqust 2018 16:55
2 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail fələstinli zəvvarların həcc ziyarəti üçün ölkədən çıxışına mane olmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının islam dini naziri Əbdüllətif Əli Şeyx deyib.

Nazir Fələstindən olan zəvvarlara ölkə ərazilərindən çıxmağa icazə verdiyini bildirib və bunun təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb:

“İsraildən fərqli olaraq, Qətər buna imkan verməyib. Əlbəttə, bizi qeyri-müsəlman ölkəsi olan İsrailin bu xoş addımı yox, müsəlman ölkəsi olan Qətərin zəvvarla mane olması təəccübləndirir”.

Qeyd edək ki, rəsmi Ər-Riyad Qətər hökumətini ölkə vətəndaşlarını həcc ziyarətinə getməsinə icazə verməməkdə ittiham edir. Rəsmi Doha isə buna görə qarşı tərəfi yamanlayır və iddia edir ki, Səudiyyə Ərəbistanı hökuməti qətərli zəvvarların Məkkəyə girişinə qadağa qoyub.

Qətərdə 200 min nəfər həcc ziyarətinə getmək istəyir, lakin aidiyyəti qurumların bunun üçün sənədləşmə işlərini həyata keçirməkdən imtina etdikləri bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər