24 Avqust 2018 16:19
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentindəki “Yelk” fraksiyasının deputatları Lena Nazaryan və Alen Simonyan 2008-ci il martın 1-də İrəvanda baş vermiş qırğında həlak olan insanların yaxınlarına təzminatın ödənilməsini nəzərdə tutan qanun layihəsini təqdim ediblər.

Teleqraf.com xəbər verir ki, Lena Nazaryan Baş nazir Nikol Paşinyanın bununla bağlı hökumətə göstəriş verdiyini bildirib.

Qeyd edək ki, 2008-ci ilin martın 1-də İrəvan şəhərində keçirilən dinc etirazlar vaxtı insanlara odlu silahdan atəş açılıb. Hadisə nəticəsində 10 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Qırğına görə keçmiş Prezident Robert Köçəryan və dönəmin İrəvan qarnizonunun rəisi Yuri Xaçaturov ittiham edilir. Köçəryan dinc etirazçılara odlu silahdan atəş açmaqda, Xaçaturov isə bu əmri icra etməkdə ittiham olunur.

Hər iki şəxs ittiham əsasında həbs edilsə də, bir neçə gün əvvəl azadlığa buraxılıblar.

Ermənistan Baş Prokurorluğu Köçəryanı sərbəst buraxan Apellyasiya Məhkəməsindən kasasiya şikayəti verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər