25 Avqust 2018 01:17
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin 2-ci donanmasının yaradılması Rusiyanın şimal dəniz kommunikasiyalarını hədələyir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Aleksey Kondratyev bildirib.

Onun sözlərinə görə, Rusiya bununla əlaqədar olaraq, Arktik regionunda təhlükəsizliyin təmin olunması üçün müəyyən adekvat addımlara təşəbbüs edəcək. Kondratyev qeyd edib, keçən ildən regionda yalnız ABŞ deyil, həm Norveç və Böyük Britaniya, yəni NATO-nun birləşmiş güclərinin hərəkətlərinin aktivləşməsi müşahidə edilir.

“ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin 2-ci donanamasının yaradılması yalnız birinci pillədir. ABŞ-ın regionda hərəkətləri Arktikada Amerika hərbi güclərinin hökmranlığına yönəlib.

Daha əvvəl ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin admiralı Con Riçardson Norfolkda (Virciniya ştatı) hərbi dəniz bazasında təntənəli mərasimlərə çıxış edərək bildirib ki, 2-ci donanma Şimali Atlantikada Rusiyanı qarşısının alınmasına hədəflənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər