25 Avqust 2018 14:42
1 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda fəaliyyət göstərən Sasna Çrer adlı silahlı qruplaşmanın liderləri Jirayr Səfilyan və Varuzxan Avetisyan mətbuat konfransı keçirərək qurumu siyasi partiya elan ediblər.

Teleqraf.com xəbər verir ki, qruplaşma liderləri partiyanın prioritetlərini də açıqlayıblar.

Anti-Rusiya mövqeyi ilə seçilən Sasna Çrerin əsas hədəflərindən biri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsidir.

Rus hərbi bazalarının Ermənistandan çıxarılması, Rusiya əmlaklarının milliləşdirilməsi, rus telakanallarının yayımının dayandırılması da silahlı qruplaşamın prioritetlərinə daxildir.

Ən maraqlısı isə budur ki, ölkə ərazisində terror təşkilatı kimi tanınan Sasna Çrer Baş nazir Nikol Paşinyanı dəstəklədiyini açıqlayıb.

Erməni politoloq Aşot Sərkisyan bu dəstəyin təsadüfi olmadığını bildirir və iddia edir ki, silahlı Sasna Çrer qruplaşması Paşinyanın təkidi ilə siyasi partiya elan edilib.

Politoloq Paşinyanın bu addımının vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı”na qarşı (keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan) öz mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirir:

“Sasna Çrer kimi radikal bir qruplaşmanın siyasi meydana çıxarılması Ermənistana təhlükə vəd edir. İlk növbədə bu qruplaşmanın hədəfləri Ermənistanı Rusiyanın hədəfinə gətirir. Buna görə də düşünürəm ki, Sasna Çrerin siyasi meydana yer almaq cəhdləri cəmiyyət tərəfindən dəstəklənməyəcək. Əks halda, Ermənistanda sabitlik pozulacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər