27 Avqust 2018 07:34
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan hökuməti özünün Hərbi-Dəniz Qüvvələri üçün ABŞ-dan 111 ədəd çoxməqsədli və 24 ədəd gəmi əleyhinə vertolyot alınmasına razılıq verib.

Teleqraf.com xəbər verir ki, müqavilənin ümumi dəyəri 3 milyard dollar təşkil edir.

“Make in India” proqramının tərkib hissəsi olan vertolyotların alınmasına dair razılaşmanı daha öncə Hindistanın Müdafiə Nazirliyi təsdiqləyib.

Bunundan öncə isə Nyu-Dehli “MH-60R” markalı 24 ədəd ABŞ istehsalı olan gəmi əleyhinə vertolyotlar alınmasına razılaşıb. Həmin müqavilənin ümumi dəyəri 1,8 milyard dollardır.


Müəllif: Səxavət

Oxşar xəbərlər