28 Avqust 2018 00:05
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-York şəhərinin Liberti adasında propan balonlarının yanması səbəbindən 3,4 min nəfərə yaxın şəxs təxliyyə olunub.

Yanğın xidmətinin məlumatına görə, yanğın inşaat işçilərinin səhvindən ola bilər.

Onlardan birinin xəsarət aldığı bildirilir.

Hazırda yanğın söndürülüb və turistlər yenidən Nyu-Yorkun həmin adada yerləşən əsas görməli yerini ziyarət edə bilərlər.

Yanğısöndürənlərin sözlərinə görə, vəziyyət çox təhlükəli olub.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər