28 Avqust 2018 12:47
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan müxalifəti öz ətrafında birləşdirə bilər.

Teleqraf.com xəbər verir ki, erməni politoloq Vigen Akopyan keçmiş prezidentin parlament seçkilərinə hazırlaşdığını deyib.

Politoloq hesab edir ki, Köçəryan Baş nazir Nikol Paşinyandan narazı siyasi qüvvələri ətrafında birləşdirməklə, seçkiləri qələbə ilə başa vurmaqda israrlıdır:

“Həbs təhlükəsinin aradan qalxmaması Robert Köçəryanı öz mövqeyini daha da gücləndirməyə məcbur edir. O, buna görə də, siyasi meydanda öz yerlərini itirmiş qüvvələri birləşdirici güc kimi ortaya çıxmağa cəhd edəcək.

Köçəryan sanki Paşinyanla bəhsə girib və seçkiləri qələbə ilə başa vurub baş nazir olmaqda israrlı görünür. Əgər keçmiş prezident müxalifətin etibarını qazansa bilsə, bu düşərgənin əsas namizədi kimi seçkilərə qatılacaq. İndiki vəziyyətdə isə onu öz nüfuzunu geri qaytarmaq üçün ağır iş gözləyir. Amma vaxta hələ var”.

Qeyd edək ki, Robert Köçəryan bir neçə gün əvvəl həbs edilsə də, Appelyasiya Məhkəməsinin qərarı ilə azadlığıa buraxılıb.

O, 2008-ci il martın 1-də İrəvan şəhərində keçirilmiş dinc aksiyalar vaxtı etirazçılara odlu silahdan atəş açmaq əmri verməkdə ittiham edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər