19 Avqust 2014 15:21
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində Donetskdən sonra separatçıların nəzarət etdiyi ən iri şəhər olan Luqanskda döyüşlər gedir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin sözçüsü Andrey Lısenko şəhərin mərkəzi hissəsində küçə döyüşlərinin getdiyini təsdiqləyib. O, şəhərin rayonlarından birinin artıq azad olunduğunu deyib.

Ukrayna daxili işlər nazirinin müşaviri Zoran Şkiryak da Luqansk şəhərində xüsusi əməliyyatın davam etdiyini söyləyib. O, Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölməsinin, Milli Qvardiyanın və DİN-in manevr qrupları ilə separatçılar arasında küçə döyüşlərinin getdiyini vurğulayıb. Z. Şkiryak separatçı qüvvələrin tərkibində Rusiya xüsusi təyinatlılarının, “QRU” əməkdaşlarının və “kadırovçu” çeçenlərin olduğunu bildirib.


Müəllif: