30 Avqust 2018 10:54
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenkonun qızları Yevgeniya və Aleksandra ölkənin heç bir ali məktəbinə daxil olmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Strana.ua saytı məlumat yayıb.

Qeyd olunur ki, 18 yaşlı əkiz qızlar bu il Böyük Britaniyadakı Konkord Kollecini bitirərək Ukraynaya dönüblər. Jurnalistlər Poroşenkonun qızlarının tələbə adı qazananların vahid bazasında axtarmağa çalışıblar, abituriyentlərin imtahan qiymətlərini öyrənmək istəyiblər, ancaq onların soyadına rast gəlməyiblər.

Nəşrin versiyasına görə, Yevgeniya və Aleksandra Poroşenko təhsillərini böyük ehtimalla London İqtisadiyyat Məktəbində (LSE), yaxud Fransadakı Avropa Biznes İdarəetmə Məktəbində (INSEAD) davam etdirəcəklər.

Sonuncu ali məktəbdə onların qardaşı Aleksey Poroşenko da təhsil alır.


Müəllif: Səxavət

Oxşar xəbərlər