Suriyanın İdlib bölgəsindəki terror qruplaşmaları İngiltərə qüvvələrinin dəstəyi ilə təxribata hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
Antonov Suriyada kimyəvi silahdan istifadənin qarşısını almaq üçün ABŞ hökumətinin aktiv olacağına ümid etdiyini bildirib: “Ümid edirik ki, ABŞ terrorçuların kimyəvi silahlardan istifadə etməsinin qarşısının alınması üçün səylərini artıracaq, bu məsələdə öz məsuliyyətini dərk edəcək”.
İngiltərə xüsusi təyinatlı qüvvələrinin Suriyaya raket zərbələri endirməyə zəmin yaratmaq üçün saxta kimyəvi silahlardan istifadə planı üzərində işlədiyini deyən rus diplomat Rusiyanın bununla bağlı ABŞ-a xəbərdarlıq etdiyini diqqətə çatdırıb.
Antonov deyib: “ABŞ, Fransa və İngiltərənin Suriyada birgə hərbi əməliyyatlara başlaması üçün yeni plan hazırlanır. İngiltərə buna zəmin yaratmaq üçün İdlibdəki terrorçulardan istifadə etməyi düşünür”.