30 Avqust 2018 13:26
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Müdafiə naziri Hulusi Akar rusiyalı həmları Sergey Şoyqu ilə keçridiyi görüşdə müzakirə edilən məsələlərə dair açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, görüşdə Suriya böhranı ətrafında gərin müzakirənin getdiyini bildirib.

Hulusi Akar deyib:

“Menbiç probleminin həlli prosesi zəif getsə də, irəliləyiş var. Tez-tez həmsöhbətlərimizə PKK və YPG terror təşkilatlarının bölgədən çıxarılmasının zəruriliyini xatırladırıq. İdlibdə atəşkəsin pozulması 3.5-4 milyon insanı təhlükə qarşısında qoyub, indi həmin insanların təhlükəsizliyinin təmin edilməsi üçün səylərimizi artırırıq.

İŞİD terror təşkilatına qarşı quru əməliyyatları aparan yeganə dövlət Türkiyədir. Digərləri havadan, oradan-buradan zərbələr endirirlər. Biz indiyədək 3 min İŞİD terrorçusunu zərərsizləşdirmişik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər