2 Sentyabr 2018 21:00
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasının işğalı nəticəsində beş milyon vətəndaşının öldüyünü və ölkəyə milyardlarla dollar dəyərində zərər vurulduğunu iddia edir.

Teleqraf.com xəbər verir ki, bu iddiadan sonra parlament komissiyası vurulan zərərin ümumi məbləğini açıqlayıb. Bu, ümumi zərərin məbləği 55 milyard dollar civarındadır.

Komissiyanın ilkin hesablamaları 1939-cu ildən 1945-ci ilə qədər öldürülən Polşa vətənşalarının sayının 5.1 milyon olduğunu müəyyən edib. Bu rəqəmə, Polşanın yəhudi icmasının 90 faizi daxildir.

Şəhərlərə vurulan zərərin ümumi məbləğinin 14 milyard dollar həcmində olduğu bildirilir. Əlavə ziyanlar kənd təsərrüfatı və nəqliyyat sənayesi ilə əlaqəlidir.

Polşa müharibədən sonra onilliklər ərzində Sovet dominantlığı altında yaşayıb və müstəqil şəkildə zərərin qarşılığının ödənilməsi tələbi irəli sürmək imkanından məhrum olub. Buna baxmayaraq, Almaniya hökuməti nasistlərərin zülmündən sonra sağ qalan polşalılara ödənişlər etməyi davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər