4 Sentyabr 2018 21:11
1 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hakimiyyəti rusiyalı jurnalistlərin ölkəyə girişinə qadağa qoyub. Ölkəyə buraxılmayan jurnalistlər arasında TASS agentliyinin şərhçisi Viktor Litovkin də var.

Teleqraf.com-un xəbərinə görə, Rusiyanın 3 tanınmış jurnalisti Tiflisə Beynəlxalq Cənubi Qafqaz Forumunda iştirak etmək üçün səfər ediblər. Lakin onlar geri qaytarılıblar.

"Bizə gürcü dilində sənəd verdilər. Ancaq Gürcüstana niyə buraxılmadığımızı başa düşmədik. Bildirdilər ki, bizim Gürcüstana daxil olmağımız qadağandır. Biz də bu qərara hörmətlə yanaşdıq. Artıq təyyarəmiz Moskvaya enib", - Litovkin deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər