5 Sentyabr 2018 11:05
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Bəşər Əsəd və ona dəstək verən qüvvələrin İdlibə planlaşdırılan hərbi əməliyyatı ilə əlaqədar çox narahatdır.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT sözçüsü Stefan Düjarrik mətbuat konfransında bəyan edib.

Sözçü Rusiyanın dünən İdlibi vurmasından da danışıb: “İdlib və Hamaya hava hücumu itkilərə, insanların yaralanmasına, habelə məktəb və mağazalar kimi xidmət sahələrinə ciddi ziyan vurur. BMT İdlibdəki humanitar durum və bölgədə hərbi gərginliyin artmasına yol açan potensialın fəlakətə gətirəcəyindən narahatlığını bir daha təkrarlayır”.

BMT rəsmisi deyib ki, İdlib ətrafında 3 milyona yaxın mülki insan yaşayır və BMT Türkiyə üzərindən bu bölgəyə yardımlar edir: “Suriyanın şimal-qərbində hərbi əməliyyatın olacağı təqdirdə, bunun doğuracağı fəsadları qarşılamaq üçün 311 milyon dollar fonda ehtiyac yaranacaq. BMT İdlibə görə olduqca narahatdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər