6 Sentyabr 2018 11:54
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hökumət binasının qarşısında aksiyaya start verilib.

Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, aksiya iştirakçıları Amulsar qızıl mədəninin istismarının dayandırılmasını tələb edirlər.

Aktivistlər hökumətdən normal iş rejiminin yaradılmasını istəyirlər.

Qeyd edək ki, Amulsar qızıl yatağı ABŞ-ın “Lydian International” şirkəti tərəfindən istismar olunur. Mədən Ermənistanda xalis qızıl ehtiyatına görə ikinci yerdədir. Orada 31 milyon ton filiz və 40 ton xalis qızıl olduğu ehtimal edilir.

Yataq Cermuk şəhərindən 13 km aralıda, Ermənistanın cənub-şərqində, Arpa və Bərgüşad çayları arasında yerləşir.

Xatırladaq ki, bu il iyunun əvvəlində Ermənistanda Cermuk kurort şəhərinin sakinləri, ictimai fəallar Amulsar qızıl yatağının bağlanması tələbi ilə aksiya keçiriblər.


Müəllif: Nərgiz

Oxşar xəbərlər