6 Sentyabr 2018 21:02
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada hər dörd nəfərdən biri telefonundan "Facebook" sosial şəbəkəsini silib.

Teleqraf.com xəbər verir ki, fərdi məlumatların kənara sızdırılması faktından sonra nüfuzu korlanmış "Facebook" kompaniyasına ABŞ-da inam azalıb.

26 faiz smartfon istifadəçisi "Facebook" tətbiqini telefonundan silib. "Biznes Insider" mərkəzinin apardığı araşdırmaya görə, telefon istifadəçilərinin 26 faizi "facebook"u silib, 42 faiz yalnız xəbərləri yoxlamaq üçün tətbiqi saxlayıb. Digər istifadəçilər isə parollarını dəyişib, şübhəli səhifələrdən çıxıblar.

ABŞ-da keçirilmiş prezident seçkiləri zamanı "Facebool" fərdi istifadəçilər haqqında məlumatları "Cambridge Analytica" şirkətinə göndərməklə milyonlarla insanın hüquqlarını kobud şəkildə pozub. Bu olaydan sonra koorporasiyanın nüfuzu xeyli aşağı düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər