ABŞ Dövlət Departamentinin yaydığı hesabat görə Türkiyədə 1,5 milyon ateist var.
Teleqraf.com Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl açıqlanan “Türkiyə 2013- Din Azadlığı Hesabatı”nda göstərilir ki, Türkiyədə “Yezidilərin” sayı 5 mindir. Hesabata görə, bu ölkədə ateistlərin sayı isə 1 milyon 540 min olduğu iddia edilir.
19 səhifəlik hesabatda Türkiyə haqqında “Dini azadlıqlar, bəzi konstitusyon hökmlər, qanunlar və yürüdülən siyasət tərəfindan maneə yaradılsa da, buna baxmayaraq dini azadlıqlar qorunur” fikirləri yer alıb.
Hesabatda böyük əksəriyyəti İstanbul və digər böyük şəhərlərdə olan dini qruplar 1 faizindən azdır. Burada göstərilir ki, Türkiyədə təxminən 500 min şiə cəfəri müsəlman, 90 min ermeni ortodoks xristian (bu qrupun 60 mini Türkiyə vətəndaşıdır, qalan 30 mini isə Ermənistandan gələnlər olduğu təxmin edilir), 25 min katolik xristian (bunların da çoxu Afrika və Filipindən gələnlər təşkil edir), 21min musəvi, 20 min süriyani ortodoks xristian, (bunların da çoxu Rusiyadan gelib), 15 min rus ortodoks xristian, 10 min bəhai, 5 min yezidi, 5 min yehova şahidi, digər protestant məzhəblərin 7 min mənsubu, 3 min İraqlı kəldani xristian, 2,500-ə qədər də rum ortodoksal xristian var. Həmçinin rəqəmləri açıqlanmasa da Türkiyədə bolqar ortodoksal, nesturi, gürcü ortodoksal, süriyani katolik, erməni katolik və maruni xristianlar da var.
BƏXTİYAR