İŞİD terror təşkilatının yaraqlıları İraqın şimalındakı Kərkük əyalətində neft kəmərini partladıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Rudav” telekanalı “Asaiş” kürd təhlükəsizlik qüvvələrinin başçısı İdris Rafaata istinadən məlumat yayıb.
“Bu səhər İŞİD yaraqlıları Kərkük və Dubiz arasında neft kəmərini iki bomba ilə partlatdı”, – deyə o bildirib.
Məlumata görə, günorta saatlarınadək alovu söndürmək mümkün olmayıb.