11 Sentyabr 2018 13:58
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin dövlət başçısı Si Cinpin Rusiyanın Vladivostok regionunda prezident Vladimir Putinlə görüşəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iki liderin ABŞ-la ticarət müharibəsi, Şimali Koreya böhranı və Suriya məsələsini müzakirə edəcəyi gözlənilir.

Çin Rusiyanın Şərq ordusunun hərbi təlimlərində iştirak qərarı verib. Bu, ilk belə hadisədir.

Şərq ordusunun sentyabrda keçiriləcək təlimlərinə Çin 3200 nəfərlik hərbçi ilə qatılacaq.

Rusiyalı politoloq Aleksandr Kabuyev bildirib ki, bu təlimlər ciddi mesajdır: “Bu, faktiki olaraq Rusiyanın artıq Çini hərbi təhdid kimi görmədiyi mesajıdır. Eyni zamanda Vaşinqtona da mesaj verilir. Əgər ABŞ sanksiya və təzyiqləri artırmaqda davam edərsə, Rusiya ABŞ-ın XXI əsrdə yeganə strateji rəqib kimi gördüyü Çinlə əlaqələri daha da dərinləşdirəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər